Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İqtisadi yüksəliş mehriban qonşuluğun nəticəsidir

0

  •     24 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Gürcüstan Respublikasının dövlət başçısının dəvəti ilə növbəti işgüzar səfərə getmişdir. Səfər zamanı zərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Şota Rustaveli adına Tbilisi hava limanında gürcüstan Respublikasının xarici işlər naziri İlya Darçevaşvilli və başqa rəsmi şəxslər qarşılamışdır. Azərbaycan Respublikası Prezidentinin şərəfinə fəxri qarovul düzülmüşdür. Qarşılanma mərasimindən sonra cənab Prezident onun üçün ayrılmış iqamətgahda Gürcüstan Respublikasının Baş Naziri İrakli Qaribaşvilli ilə təkbə tək görüşü olmuşdur. Bu görüşdə onlar ölkələrimiz arasındakı mehriban qonşuluq, iqtisadi partnyorluq və siyasi müstəvidə uğurlu əlaqələrdən danışmışlar. Azərbaycan Gürcüstana 3 milyard dollar həcmində sərmayə qoymuşdur. Bakı-Tbilisi -Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz xalqlarımızın iqtisadi inkişaf gücü əldə etməsi üçün təkcə bölgə deyil, beynəlxal əhəmiyyətə malik olduğunun bariz nümunəsidir. Bölgədə siyasi və iqtisadi dayanıqlığın əldə edilməsi üçün Azərbaycan 30 ilə yaxın bir müdətdə erməni işğalı altında olan torpaqlarını 44 günə işğaldan azad etdi. Ermənistan nə qədər sülh sazişinə göstərilən beş prinsipə uyğun tez imza atsa, o qədər tez bölgənin inkişafından bəhrələnmək şansını qazanmış olar. Azərbaycan haqlı tələbi beynəlxalq prinsiplərə əsaslanan tələbdir. Azərbaycan –Gürcüstan xalqları arasında dostluq barədə danışan Gürcüstan baş naziri İraqli Qaribaşvilli Ümummilli Heydər Əliyevin sözlərini xatırlatmışdır. Vaxtı ilə Heydər Əliyev “Azərbaycan və Gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır” demişdir. Azərbaycan və Gürcüstan arasında iri enerji sahələri də fəaliyyət göstərməkdədir. Azərbaycan və Gürcüstan arasındakı iqtisadi layihələr Orta Asiya, oradan qərb və avropa istiqamətinə hərəkət edən layihədir. Hər iki xalqın əcdadlardan gələn dostluq və mehriban qonşuluq əlaqələri daim öz yerində qalacaqdır. Aydın Həsənov, Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib50 dəfə
    İqtisadi yüksəliş mehriban qonşuluğun nəticəsidir

    Maraqlı gələ bilər
    60